ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN

16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Dəniz dalğalı saçlar... sənə küləklərmi sığal çəkər?.. - Məlahət İsmayılqızı yazır

ƏDƏBİYYAT
12.09.2025, 16:44 Oxunub: 910BİR SU PƏRİSİ TİMSALI
Bir Su pərisi timsalı...
Gözləri dəniz yosunu,
Saçları dəniz dalğası...
Ey... Su Pərisi, gözlərin dərin qüssə,
Bənizin nədən belə bəyaz...nur baxışlı gözlərin.
Hünərli yerişin, güvənli duruşun,
Bir başqaydı sənin baxışın, sənin dünyan!
Ey Su Pərisi!
Zərif əllərin, gur saçların,
İlahə baxışı, İlahi baxışı...
Dəniz dalğalı saçlar... sənə küləklərmi sığal çəkər?..
Küləklər, Bakı küləkləri,
Gökcə dəniz rəngli baxışların...
Ey Su Pərisi !
Nə gözəlliklər var həyat adlı nemətdə,
Nə səltənətlər var tufanlı dənizlərdə!
Bəs hanı sənin Bəxt adlı gülüşün, sevgin- sevincin...
Nədən bəxtin belə sönükdü...
Niyə üzlər səndən belə dönükdü?
Ey Su Pərisi...
Sandın Su Pərisi olmaq asanmı...
Gözəl olub yaşamaq asanmı...
Unutdun xəbisləri- müxənnətləri,
Ey Gözəllik İlahəsi Su Pərisi!
AlaGözlərin nədən qəmli...
Axtardığın nə, aradığın nə, gözlədiyin nə?
Gözləmə, gəlməyəcək səni sevənlər!
Ömrünə- taleyinə nöqtəmi qoyuldu?!.
Su Pərisi misalındansa,
Axar bir su, bir bulaq olardın.
Həsrət ürəkləri dağ suyu ilə söndürərdin!
Ey Su Pərisi...
Dənizdən sahilə nədən çıxdın...
Bəxtini oğurladılar, yığvalını oğurladılar,
Səni bir boşluğa yuvarladılar...
Ey Gökcə dənizin Su Pərisi...
Sən o dənizdən ayrı yaşamadın,
Elin- oban uçub getmiş...səni qüssələr məhv etmiş!
Döndün nisgilli bir nağıla...
Ey Gözəllik İlahəsi Su Pərisi!
Səndən yosun qoxulu bir nağıl qaldı...
Ağ Atlı Şahzadə sulara daldı!
Məlahət İsmayılqızı
105- nömrəli marşrut, 25. 08. 25. Bakı
P. S. Bəzi Atəşlər yanğılara bənzər, elə o yanğılarla da Atəşlənirsən Su Pərisi!
Mən Mamam xaric bütün sevgilərimdə yanıldım! Əlbəttə, mən istədikləri kimi bir deyiləm. Elə özüməm.
