ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN

16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
“Qarabağ”ın səfər matçının biletləri 88 manatdır

İDMAN
12.09.2025, 17:09 Oxunub: 77UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Benfika” (Portuqaliya) - “Qarabağ” FK matçını “Estádio do SL Benfica"da izləmək və komandamızı dəstəkləmək istəyən azərbaycanlı azarkeşlər üçün ayrılmış vauçerlər satışa çıxarılır.
Bununla bağlı Ağdam klubunun rəsmi saytı məlumat yayıb.
Biletlər bu gün saat 15:00-dan etibarən iTicket.az-da onlayn şəkildə satışda olacaq. Azarkeşlər əldə etdikləri vauçerləri biletə dəyişməlidir. Biletlərin qiyməti 88 manatdır.
Vauçerlərin biletə dəyişdirilməsi ilə bağlı ətraflı məlumat daha sonra paylaşılacaq.
Azərbaycanlı azarkeşlər üçün "Estádio do SL Benfica"da 500 yer ayırılıb.
Vauçerləri əldə edən şəxslər vauçerləri biletə dəyişərkən şəxsiyyət vəsiqəsini də özləri ilə götürülməlidir.
Qeyd edək ki, “Benfika” – “Qarabağ” oyunu sentyabrın 16-ı saat 23:00-da (Bakı vaxtı ilə) start götürəcək.
