usd-1.7000 eur-1.9612 rub-2.0928
Bakı 15°C 4.32 m/s
Son xəbərlər
07-11-2025
23-10-2025
22-10-2025

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

DTX-nin Akademiyasında Zəfər Gününə həsr edilmiş konfrans 

details

GÜNDƏM

07.11.2025, 15:20 Oxunub: 36

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının (Akademiya) Heydər Əliyev Muzeyində “Zəfər Günü” və “Konstitusiya və Suverenlik İli”nə həsr olunan “Azərbaycanda demokratik respublika modelinin təşəkkül tarixi: dövlət rəmzlərinin təsis edilməsindən dövlət suverenliyinin tam əldə edilməsinə aparan yol” adlı respublika elmi-praktik konfransı keçirilib.

1001info.az  xəbər verir ki, tədbirdə Akademiyanın və digər xüsusi təyinatlı ali təhsil müəssisələrinin rəhbər şəxsləri və professor-müəllim heyətləri ilə yanaşı, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Vətən müharibəsi iştirakçıları və təhlükəsizlik orqanlarının veteranları iştirak ediblər.

Akademiyanın rəisi general-mayor Elşad Nəsirov bu il noyabrın 8-də xalqımızın qazandığı tarixi Zəfərdən beş il ötdüyünü diqqətə çatdırıb. Zəfər Gününün Azərbaycan xalqının dövlətçilik tarixinə milli kimliyimizin, azadlıq iradəmizin və müasir dövlətçiliyimizin simvolu kimi qızıl hərflərlə yazıldığını qeyd edən natiq bildirib ki, Ulu Öndər Heydər Əliyevin misilsiz səyləri ilə hüquqi, demokratik dövlət quruculuğu yoluna qədəm qoymuş müasir Azərbaycan Respublikası bu gün dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf səviyyəsinə yüksəlib, həm iqtisadi, həm də hərbi-siyasi baxımdan regionun lider dövlətinə çevrilib, öz ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etməyə nail olub. 

Ardınca konfransın mövzusuna dair videoçarx nümayiş etdirib. 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının müasir inkişaf mərhələsinin, onun hüquqi və siyasi sisteminin formalaşmasının Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu qeyd edib.

Digər xəbərlər