ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN

16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Ehram Məcidova ağır itki üz verib

CƏMİYYƏT
30.04.2024, 16:16 Oxunub: 105135qat dünya çempionu , “Xocalı İdman Klubu”nun prezidenti, əməkdar idman ustası və əməkdar məşqçi Ehram Məcidova ağır itki üz verib. Tanınmış idman xadiminin atası Xudu Məcidov uzun sürən xəstəlikdən sonra aprelin 29-da dünyasını dəyişib. Aprelin 30-u rayon ağsaqqalları, ictimaiyyət nümayəndələri, müxtəlif təşkilatlardan olan şəxslərin, kənd camaatının, yaxınların ,qohumların iştirakıyla İsmətli Kənd qəbristanlığında dəfn edilib.
Bununla bağlı sosial şəbəkələrdə Ehram Məcidovun dostları , idman xadimləri, tələbələri məlumat yayıblar və onun kədərinə şərik olublar.
Qeyd edək ki, Xudu Məcidov Saraslan oğlu 8 Avqust 1947-ci il Biləsuvar rayon İsmətli kəndində anadan olub.Gəncə Kənd Təsərrüfatı İnstitutunu bitirib.
Uzun müddət Biləsuvar rayon Qoyunçuluq Birliyinin sədri , Biləsuvar Rayon Süd zavodunun Sədri, Biləsuvar Gömrük Sərhəd məntəqəsində Baytar nəzarəti idarəsində işləyib.
Son illər Gunəsli Kənd Agsaqqllar Şurasının sədri olub.
Əslən Yardımlı rayonun Alar kəndindən olan Xudu muəllim böyük Alarlı tayfasının başçısı, kənd ağsaqqalı, böyük nüfuz sahibi idi.
Xudu Məcidovun 3 mərasimi mayın 3-ü Biləsuvar rayonu Günəşli kəndində keçiriləcək.
1001info.az saytının əməkdaşları Ehram Məcidovun kədərinə şərik çıxaraq ona dərin hüznlə başsağlığı verir.
ALLAH RƏHMƏT ELƏSİN.

Digər xəbərlər


