usd-1.7000 eur-1.9216 rub-2.0775
Bakı 16°C 3.02 m/s
Son xəbərlər
01-05-2025
30-04-2025
29-04-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Azərbaycanda əhali adambaşına banklara bu qədər borcludur

details

01.05.2025, 13:49 Oxunub: 104

Əgər 5 il bundan əvvəl Azərbaycanda əhalinin borc yükünün sərəncamındakı gəlirinə nisbəti 11,5 % idisə, bu göstərici ötən ilin sonunda 18 %-ə yüksəlib.

 Bunu Mill Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov parlamentin bu gün keçirilən növbəti plenar iclasında bildirib.

Deputat qeyd edib ki, hazırda 3 milyondan çox vətəndaşın banklara istehlak kreditləri üzrə borcu var, iqtisadi fəal əhali üzrə adambaşına 13,8 min manat bank borcu düşür.

"Ötən il ölkədə istehlak kreditləri 6 milyard 937 milyon manatdan 8 milyard 445 milyon manata yüksəlib. Paralel olaraq problemli kreditlər də artmaqdadır. Təkcə bu ilin I rübündə vaxtı keçmiş kreditlər 449,1 milyon manatdan 481,6 milyon manata yüksəlib. Ötən il qeyri-işlək kreditlər isə 41 milyon manat artaraq 655 milyon manat təşkil edib. Bu məbləğin 246 milyon manatı istehlak kreditləridir, yəni fiziki şəxslərin payına düşür", - deyə V.Bayramov əlavə edib. (Report)

Digər xəbərlər