usd-1.7000 eur-1.9777 rub-2.1527
Bakı 8°C 6.04 m/s
Son xəbərlər
10-03-2026
08-03-2026
04-03-2026
02-03-2026
16-02-2026
14-02-2026

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Kərim Vəliyev Belarusda Azərbaycanın Milli Qəhrəmanının məzarını ziyarət edib - FOTOLAR

details

GÜNDƏM

23.09.2025, 11:37 Oxunub: 3927

Belarusda səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Slutsk şəhərində Azərbaycanın Milli Qəhrəmanı, mayor Davidoviç Anatoliy Nikolayeviçin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad edib.

Bu barədə 1001info.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Sonra general-polkovnik K.Vəliyev Milli Qəhrəmanın anası Kima Davidoviçin evində olub, onun qayğıları ilə yaxından maraqlanıb. Mayor A.Davidoviçin qəhrəmanlığının Azərbaycan və Belarus xalqları arasında dostluq və qardaşlıq münasibətlərini daha da möhkəmləndirdiyi, xatirəsinin isə hər iki ölkədə daim ehtiramla yad olunduğu qeyd edilib.

Milli Qəhrəmanın anası övladının xatirəsinə olan ehtirama, eləcə də göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.

 

 

Digər xəbərlər