usd-1.7000 eur-1.9733 rub-2.0876
Bakı 20°C 5.21 m/s
Son xəbərlər
23-10-2025
22-10-2025
20-10-2025
15-10-2025
13-10-2025
09-10-2025

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Məşhur serialın yayım qadağasını məhkəmə də təsdiqlədi

details

ŞOU

09.01.2024, 12:31 Oxunub: 952

Qalmaqallara səbəb olan “Kızıl Goncalar” serialına Türkiyənin Radio və Televiziya Qurumunun (RTÜK) verdiyi yayımlanma qadağası qərarını məhkəmə də təsdiqləyib.
1001info.az “Qafqazinfo”  -ya istinadən xəbər verir ki, baş rollarını tanınmış aktrisa Özgü Namal və məşhur müğənni-aktyor Özcan Denizin canlandırdığı və “FOX TV”də yayımlanan seriala qadağa qoyulma xəbərini prodüser Faruk Turqut açıqlayıb.

RTÜK'ün 2 hafta yayınını durdurduğu Kızıl Goncalar yerine 8 mini belgesel  yayınlayacak - Birsen Altuntaş

O, bu məlumatı sosial media hesabında paylaşıb: “Bu axşam (8 yanvar) yayım yoxdur. Regional İnzibati Məhkəmə RTÜK-ün verdiyi yayımın dayandırılması qərarını təsdiqlədi. “Kızıl Goncalar”ı yayımlaya bilmirik”.
Qeyd edək ki, iki bölümü yayımlanan serial həkim Levent ilə təriqət içində yaşayan Meryemin həyatlarının kəsişməsindən bəhs edir. Serial təriqət səhnələri ilə sosial mediada müzakirə mövzusuna çevrilib. İlk bölümdə məzhəbə mənsub uşaqların gənc yaşda evləndirilməsi, qızların məktəbə göndərilməməsi, Quran dərsləri ilə bağlı kursda zorakılıq kimi bir çox səhnələr müzakirələrə səbəb olub.
Daha öncə serialın İstanbulun Şişli şəhərindəki tanıtım afişalarına boyalı hücum olunmuşdu. Ölkənin Ailə və Sosial Xidmətlər Nazirliyinin müdaxiləsi ilə serialın Levent səmtindəki xəstəxana səhnələri üçün seçilən məkan çəkilişlərdən imtina etmişdi.

Digər xəbərlər