usd-1.7000 eur-2.0021 rub-2.0531
Bakı 19°C 3.03 m/s
Son xəbərlər
15-09-2025
12-09-2025
10-09-2025
29-08-2025
15-08-2025
13-08-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Quş ancaq öz cinsindən olan quşlarla uçar... - Günün sözü 

details

ƏDƏBİYYAT

03.08.2022, 13:49 Oxunub: 2608

1001info.az fərqli mövzularda aforizmlər və hikmətli sözləri təqdim edir.

 

Necə ər istəyirsən kasıb, yoxsa varlı? Kasıba ərə gedəcəksən, ərindən başqa heç nəyin olmayacaq. Varlıya ərə gedəcəksən, ərindən başqa hər şeyin olacaq. Konstantin Melaxin

***

Qadınlar tərifi bir uduma, acı həqiqəti isə – damcı-damcı içirlər. Didro

*** 
Qadının qurduğu tələlər kişinin tələlərindən daha uzun müddətə hesablanmış olur. Əbu Turxan

***
Tovuz quşunun qanadı özünə düşməndir. Mövlana

***
Məhəbbət elə bir ehtirasdır ki, nə keçmişi, nə də gələcəyi tanıyır. Balzak 

***
Məhəbbət ehtirasının şövqü cismani ləzzət hissini kölgədə qoyur. Stendal

***
 Məhəbbət elə güclüdür ki, bizim özümüzü də yenidən yaradır. F.M.Dostoyevski

***
 Çılğın məhəbbətdən qorxmaq lazımdır, çünki o, hər an nifrətə çevrilə bilər. H.Toro 

***
Mən gözəllərdə gözəl ruh araram,

Ruhu düşkünləri çirkin sanaram. Cavid

***
Bir şeirdir qadın bədəni də,
Yaranışın ən xoş anında 
Yaradan özü bu poemanı,
 Həkk etmiş tale kitabında. Heyne

***
Məhəbbət bütün ehtirasların ən güclüsüdür, çünki o eyni zamanda başa, ürəyə və bədənə hakim olur. Volter

***
Məhəbbət – bizim ikinci doğuluşumuzdur. Balzak

***
Səni sən olduğunçün yox, səninləykən kim olduğumçün sevirəm. Qabriel Qarsia Markes

***
Cavanlıqda məhəbbət daha çılğın olsa da, sonralar daha güclü və daha qüdrətli olur. Heyne

***
Məhəbbət ölümdən və ölüm qorxusundan güclüdür. Həyat ancaq məhəbbət üzərində dayanır və onunla hərəkətə gəlir. İ.S.Turgenev

***
Quş ancaq öz cinsindən olan quşlarla uçar. Mövlana
 

Digər xəbərlər