usd-1.7000 eur-1.9811 rub-2.2291
Bakı 12°C 3.94 m/s
Son xəbərlər
07-12-2025
03-12-2025
28-11-2025
26-11-2025
25-11-2025
20-11-2025
16-11-2025

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Məlahət Abbasova “Əməyə hörmət” mükafatına layiq görülüb

details

MƏDƏNİYYƏT

07.12.2025, 17:13 Oxunub: 450

Türkiyədə keçirilən HAK-İŞ Konfederasiyasının 14-cü Beynəlxalq Qısametrajlı Film Müsabiqəsinin mükafatları sahiblərinə təqdim edilib. Mükafatçılar arasında Azərbaycanın Əməkdar incəsənət xadimi, aktrisa-rejissor Məlahət Abbasova da var. Tədbirə fəxri qonaq qismində dəvət olunan Məlahət Abbasova “Əməyə hörmət” mükafatına layiq görülüb.

Bununla bağlı AZƏRTAC-a açıqlama verən Məlahət Abbasova belə bir tədbirə fəxri qonaq qismində dəvət almasından böyük xoşbəxtlik hissi keçirdiyini bildirib.

“Müsabiqəyə dünyanın fərqli bölgələrindən dörd mindən çox film təqdim edilmişdi və Almaniyada yaşayan azərbaycanlı rejissorun çəkdiyi film üçüncü yerə layiq görüldü. Təbii ki, bir azərbaycanlı olaraq bu hər birimiz üçün də qürurvericidir. Bununla yanaşı Azərbaycan sənətçisi olaraq belə bir mükafata layiq görülmək, eyni zamanda bu mükafatı Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun təqdim etməsi məndə ikiqat fəxarət hissi oyatdı. Bu müsabiqə hər ilin dekabr ayında keçirilir və fikrimcə daha çox azərbaycanlı rejissor burada iştirak etməlidir. Gələnilki tədbirdə çox sayda filmimizi bu müsabiqədə görəcəyimə ümid edirəm”,- deyə aktrisa bildirib.

Tədbirdə çıxış edən Hak İş Konfederasiyasının rəhbəri Mahmut Arslan mədəniyyət və incəsənət fəaliyyətlərinin birlik hərəkatına yeni baxış gətirdiyini, qısametrajlı film müsabiqəsinin bu yanaşmanın mühüm tərkib hissəsi olduğunu bildirib.

Qeyd edək ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ənənəvi olaraq keçirilən, HAK-İŞ-in 50 illik əmək və mübarizə yolunun mədəniyyət sahəsindəki önəmli addımlarından biri olan beynəlxalq müsabiqədə bu il 118 ölkədən 4 min 106 film istehsalçısı və rejissor iştirak edib.

Builki müsabiqədə yerli kateqoriya üzrə birincilik “Bozkırda Bir Adam Doğan” filmi ilə Enes Sirkeci, beynəlxalq kateqoriyada isə “Qırmızı Kod” (Code Red) filmi ilə İrandan olan Mınoo Taheri və Majid Azizi layiq görülüblər.

Tədbir azərbaycanlı balaban ifaçısı Nicat Məsimovun təqdimatında bədii hissə ilə davam edib.

Mərasimdə dövlət, özəl sektor təmsilçiləri, Həmkarlar İttifaqı nümayəndələri, siyasətçilər, QHT rəhbərləri, elm-mədəniyyət xadimləri və mətbuat nümayəndələri iştirak ediblər.

Digər xəbərlər