ŞƏHİDLƏR -Qazilər
Burdan bir atlı keçdi...
Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Məryəm Ələkbərlinin xatirəsinə həsr olunmuş sərgi açıldı
MƏDƏNİYYƏT
16.02.2026, 21:52 Oxunub: 57Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda istedadlı fırça ustası Məryəm Ələkbərlinin xatirəsinə həsr olunmuş rəssamın fərdi sərgisi açılıb. Sərgidə abstrakt əsərlər, natürmortlar və portretlər də daxil olmaqla 46 rəsm əsəri nümayiş olunur.
1001info.az xəbər verir ki, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı, professor Fərhad Xəlilov sərgini açaraq nümayiş etdirilən tabloların bədii əhəmiyyətini qeyd edib və Məryəm Ələkbərlinin əsərlərinin bir çox rəssam üçün nümunə ola biləcəyini vurğulayıb.
Sərginin kuratoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Şamilli rəssamın həyat və yaradıcılığı, əsərlərinin bədii keyfiyyətləri və sənətimizdə qeyri-adi bir fenomen olması barədə ətraflı danışıb. O deyib: “Mən Məryəm Ələkbərlinin Bakıdakı bütün sərgilərini görmüşdüm və onun işlərini kifayət qədər yaxşı bildiyimə əmin idim. Amma rəssamın genişmiqyaslı əsərlərinin əhatəsində təəssüratımı yalnız bir sözlə təsvir etmək olar: şok! Heç vaxt şübhə etmədiyim abstraksiyaları gördüm. Məryəmin reallıq qavrayışının unikal bir təbəqəsini təmsil edən portretlərlə qarşılaşdım. Fərqli şəxsiyyətlərə və qeyri-adi görünüşlərə malik nağıl personajları ilə dolu bir dünya gördüm. Hər hansı bir cəhəti və ya xüsusiyyəti ayırd etmək çətindir. Sərgidə gəzsəniz, bu rəssamın qura bildiyi ecazkar dünyaya dərhal heyran qalacaqsınız”.
Məryəm Ələkbərli Daun sindromlu rəssam idi. Qısa ömrü ərzində onun 43 sərgisi keçirilib. Onun rəsmləri Rusiya, Fransa, Türkiyə, ABŞ, İtaliya, Yaponiya, Belçika və BƏƏ-də nümayiş etdirilib. Sərgilərdən beşi Bakıda keçirilib. Məryəm Ələkbərli bir rəssam kimi inanılmaz dərəcədə mürəkkəb inkişaf və transformasiya yolu keçib. O, 2025-ci il fevralın 14-də, cəmi 33 yaşında vəfat edib.
Azərbaycan Rəssamlar İttifaqının Sərgi Salonunda keçirilən sərgi fevralın 24-dək davam edəcək.
Digər xəbərlər