usd-1.7000 eur-1.9252 rub-2.1118
Bakı 21°C 1.82 m/s
Son xəbərlər
06-05-2025
04-05-2025
02-05-2025
01-05-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Məşhur idmançı Ehram Məcidov  şəhid Elçin Tağıyevdən yazdı... - FOTOLAR

details

ŞƏHİDLƏR -Qazilər

01.07.2022, 17:31 Oxunub: 5704

Beşqat dünya çempionu, peşəkarlar arasında Avropa kəmərinin sahibi,  Azərbaycan Kikboksinq Federasiyasının I vitse-prezidenti  Ehram Məcidov şəhid Elçin Tağıyevin mövludu günü ailəsini ziyarət edib, döyüş yoldaşları ilə görüşüb, xatirələrini paylaşıb, həmin anlar yaşadığı duyğu dolu hisslərini  izləyiciləri ilə bölüşüb. 
1001info.az  məşhur idmançının facebook  statusunu təqdim edir:

“CƏNNƏTDƏKİ MÖVLUDUN MÜBARƏK OLSUN, ŞƏHİDİM...

Bu gün dogma Biləsuvar rayonunda dogulub boya başa çatmış vətənin igid oğlu Kapitan Tağıyev Elçin Ağaqulu oğlunun mövludunda iştirak etdim.
Elçin Tağıyevin  44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığı bu gün onun döyüş yoldaşları fəxrlə danışdı. Elçinin rəhbərlik etdiyi taqım döyüş zamanı böyük şücaət göstərərək  düşmənin ən mühüm müdafiə xəttini məhv edərək düşmənə ağır zərbələr vuraraq irəliləyib.
Elçin böyük qəhrəmanlıq edərək  həm şəhidlərin döyüş zonasından çıxarılması əmrini verir, eyni zamanda hücum əmriylə düşmən üzərinə yürüyür.
Son patronuna qədər döyüşən Elçin Vətən uğrunda özünü qurban verir, torpaqlarımızın azadlığı uğrunda Şəhid olur.

Ali Baş Komandanimiz, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Elçin Tağıyev ölümündən sonra "Qarabağ" ordeni” , "Vətən uğrunda" medalı, "Suqovuşanın azad olunmasına görə" medalı ilə ilə təltif edilib.
Biləsuvar rayon İcra Hakimiyyəti doğulduğu Zəhmətabad kəndinin  girişində Elçinin şərəfinə Şəhidlər  bulağı büstü tikdirib.
Şəhidin Mövludunda Rayon İcra hakimiyyəti, onun döyüş yoldaşları,Şəhid valideynləri , professorlar, rayon ağsaqqalları, ziyalıları, qazilər, zəhmətkeş sakinlər iştirak etdilər . Bakıdan gedən qonaqlar arasında mən də vardım və tədbir boyu Elçinin qəhrəmalığından bəhs edən söhbətlərdən sonra bir daha Elçinlə, qəhrəman oğullarımızla fəxr etdim. 
Allah Elçinin simasında bütün Şəhidlərimizə rəhmət eləsin!
Allah övladlarını qorusun!
Bizim hər birimizin borcu şəhidləri unutmamaq,  övladlarını sevgi, diqqət  və qayğıyla əhatə etməkdir!”

Digər xəbərlər