ŞƏHİDLƏR -Qazilər
Burdan bir atlı keçdi...
Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Məşhur türk aktyor Milli Dram Teatrının dəvəti ilə Bakıya gəlir
MƏDƏNİYYƏT
02.03.2026, 18:55 Oxunub: 48Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 10 mart - Milli Teatr Günü münasibətilə təntənəli tədbir keçiriləcək.
1001info.az xəbər verir ki, tədbirdə mədəniyyət xadimləri, teatrın əməkdaşlıq haqqında memorandum imzaladığı türkdilli ölkələrin milli teatrlarının rəhbərləri, eləcə də Azərbaycanın paytaxt və bölgə teatrlarının rəhbərliyi və əməkdaşları iştirak edəcək.
Belə ki, Akademik Milli Dram Teatrının dəvəti ilə Azərbaycan əsilli məşhur aktyor, Türkiyənin Dövlət Teatrları Baş Müdirliyi İdarəsinin rəhbəri Tamer Qaradağlı, İstanbul Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrlarının direktoru Ayşəgül İşsevər, Özbəkistan Milli Akademik Dram Teatrının direktoru, Özbəkistan və Tacikistanın Xalq artisti Yodqar Saqdıyev, Qazaxıstan Dövlət Akademik Milli Dram Teatrının direktoru Erkin Juasbek, Xalq artisti Cahangir Novruzov tədbirin fəxri qonaqları arasında olacaq.
Qeyd edək ki, təntənəli tədbirdən sonra Mədəniyyət Nazirliyinin “Zəfərdən qələmə” pyes müsabiqəsinin qalibi yazıçı Pərviz Seyidlinin Əmir Teymurun həyatı və döyüş yoluna həsr olunan, milli kimlik və milli özünüdərk ideyasına söykənən “Ləng: zamanla yarışan insan” tamaşasının premyerası da olacaq.
Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Bəhruz Vaqifoğludu
Digər xəbərlər