usd-1.7000 eur-1.8582 rub-2.0804
Bakı 6°C 8.72 m/s
Son xəbərlər
18-03-2025
14-03-2025
11-03-2025
08-03-2025
01-03-2025
25-02-2025
24-02-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Musiqi dühası- Üzeyir bəy Hacıbəyli

details

MƏDƏNİYYƏT

17.09.2024, 17:58 Oxunub: 3795

Musiqi dühası- Üzeyir bəy Hacıbəyli

Ağcabədidə doğulan, 1 ay sonra dəvə üstündə anası ilə  kəcavədə  Şuşaya qayıdan körpə Üzeyirin uşaqlıq illəri Şuşada keçdi.

Qori müəllimlər seminariyasında təhsil alaraq elə burdaca ilk musiqi biliklərinə və bəsəkarlıq vərdişlərinə yiyələnə bildi.

Seminariyada oxuyarkən dostlaşdığı gələcəyin böyük bəstəkarı Müslüm Maqomayevlə sonradan ən yaxın qohum oldu.

Azərbaycan publisistikanın təkrarsız nümunələrini yaradan Üzeyir bəy ehtiyac olanda dərsliklər yazdı, lüğətlər hazırladı, müəllimlik elədi.

1908-ci ildə Şərqdə ilk operanı – “Leyli və Məcnunun”u səhnəyə qoydu.

Şərqdə ilk konservatoriyanı təşkil etdi, ilk operatttaları  qələmə aldı.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə kiçik qardaşı Ceyhun bəylə birgə “Azərbaycan” qəzetinə rəhbərlik etdi.

O, tariximizdə ilk dəfə böyük bir “ilk”ə də imza ataraq dövrün tanınan qələm sahiblərindən biri olan, 1-ci Cahan Savaşının od-alovundan keçən azadlıq aşiqi  Əhməd Cavadla birgə  Şərqə günəş kimi parlayan Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət himnini – “Azərbaycan” himnini  böyük coşqu və ürəklə bəstələyib adını əbədiyyətə həkk elədi.

“Koroğlu” operası ilə hamını riqqətə gətirdi, “Arşın mal alan” əsəri ilə dünyaları dolaşdı.

Dahi Nizaminin sözlərinə “Sənsiz”i yazdı və onunla da bir payız günü bu dünyayla  vidalaşdı.

Tabutu başında minlərlə insan yas tutdu.

1918-ci ildə mart qığınlarında evi atəşə tutudu, 1992-ci ildə  doğma Şuşası düşmən əlinə keçdi.

Büstü belə güllələndi, Bakıda doğma şəhərinə qayıdacağı günü həsrətlə gözləyəsi oldu.

Müzəffər ordumuzun, Ali Baş Komandanın Zəfər yürüşlərindən sonra doğma şəhərinə yenidən qayıda bildi və  bu gün azad Qarabağda, Şuşada bəxtəvər ruhu dolaşmaqdadır...

18 sentyabr doğum günü hər il Milli Musiqi günü kimi bayram edilən, xalqı və dövləti yaşadıqca yaşayan, heç zaman ucaldığı zirvələrdən enməyən,  Azərbaycan mənəviyyatının sarsılmaz sütünlarından biriydi..... Üzeyir bəy Hacıbəyli

 

Kəmalə Mirzəyeva

Digər xəbərlər