ŞƏHİDLƏR -Qazilər
Burdan bir atlı keçdi...
Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Nurəddin Mehdixanlının 70 illik yubileyinə benefis tamaşa hazırlanacaq
MƏDƏNİYYƏT
14.01.2026, 17:03 Oxunub: 77Akademik Milli Dram Teatrında Xalq artisti, görkəmli sənətkar Nurəddin Mehdixanlının 70 illik yubileyinə həsr olunan Vilyam Şekspirin "Kral Lir" əsəri əsasında eyniadlı benefis tamaşa hazırlanacaq.
1001info.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru və bəstəkarı Şota Rustavelli adına Gürcüstan Milli Teatrının baş rejissoru David Sakvarelidzedir.
2025-ci ilin fevralında Akademik Milli Dram Teatrı ilə Şota Rustavelli adına Gürcüstan Milli Teatrı arasında əməkdaşlıq Memorandumu imzalanıb. "Kral Lir" Memorandumun üçüncü mərhələsinin icrasıdır.Əsərin tərcümə və səhnə variantının müəllifi Kamran Nəzirli, quruluşçu və geyim üzrə rəssamı Vüsal Rəhim, işıq üzrə rəssamı Rafael Vaqifoğlu, rejissor assistenti Nərmin Həsənovadır. Səhnə döyüşü və plastik həll Bəhruz Əhmədliyə məxsusdur.
Yeni yaradıcılıq işində Xalq artistləri Nurəddin Mehdixanlı, Sabir Məmmədov, Əməkdar artistlər Münəvvər Əliyeva, Elnar Qarayev, Anar Heybətov, Elşən Rüstəmov, aktyorlar İlahə Həsənova, Rəbbilə Ələkbərzadə, Tural İbrahimov, Elsevər Rəhimov, Elçin Nurəliyev və başqaları iştirak edirlər.
"Kral Lir"in əsas ideyası iyerarxik sistemin süqutu, yalan və yaltaqlıqdan kənarda həqiqi dəyərlərin axtarışı, nizamla xaosun toqquşması, eləcə də mənəvi qanunlar və cəzanın labüdlüyü ilə bağlıdır.
Qeyd edək ki, tamaşanın premyerası aprel ayında olacaq.