ŞƏHİDLƏR -Qazilər
Burdan bir atlı keçdi...
Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Salvador Dalinin ən böyük əsəri hərraca çıxarıldı
MƏDƏNİYYƏT
04.03.2026, 22:51 Oxunub: 34Salvador Dalinin indiyədək yaratdığı ən böyük rəsm əsəri – ölçüləri 65x100 fut olan monumental səhnə dekorasiyası bu ay Parisdə hərraca çıxarılacaq.
1001info.az Kulis.az-a istinadən xəbər verir ki, şəxsi kolleksiyadan olan 13 panelli əsər martın 26-da keçiriləcək “Bonhams”un sürrealizmə həsr olunmuş dördüncü illik satışında göstəriləcək
Əsər 236–350 min dollar arasında qiymətləndirilir.
Dali bu dekorasiyanı “Bacchanale” adlı sürrealist balet üçün hazırlayıb. Tamaşa “Ballets Russes de Monte Carlo” truppası üçün səhnələşdirilmişdi. Sənətçi yalnız dekorasiyanı deyil, həm də librettonu yazmış, kostyum eskizləri üzərində çalışmışdı. Layihənin əsas əməkdaşları arasında xoreoqraf və quruluşçu Leonid Miasin, kostyum və aksesuarların müəllifi Koko Şanel, eləcə də Monte-Karlodakı emalatxanada dekorasiyanın hazırlanmasına nəzarət edən məşhur səhnə rəssamı knyaz Aleksandr Şervaşidze yer alıb.
Baletin premyerası 1939-cu ilin noyabrında Nyu-Yorkdakı Metropolitan Opera səhnəsində baş tutub. Avropada müharibə getdiyi üçün Dali premyerada iştirak edə bilməyib, Şanel isə kostyumları göndərməkdən imtina edib. Buna baxmayaraq, tamaşa uğurla qarşılanıb və heyət daha sonra ABŞ qastroluna yollanıb.
Sürrealizmin ictimai şüurda ən çox assosiasiya olunan siması sayılan Salvador Dali hiperrealist rəsmləri və 1938-ci ildə yaratdığı “Lobster Telephone” obyekti ilə məşhurdur. O, “Bacchanale”i “paranoyak-kritik balet ” adlandırmışdı. Bu termin sənətkarın obrazlarını yaratmaq üçün istifadə etdiyi, özünü süni şəkildə paranoya vəziyyətinə salmağa əsaslanan “paranoyak-kritik metod”a istinaddır.
Demək olar ki, fotoqrafik dəqiqliklə işlənmiş dekorasiyanın mərkəzində mifoloji Venera dağı – alman folklorundakı Venusberq təsviri dayanır. Arxa planda Dalinin doğulduğu İspaniya bölgəsinə yaxın Ampurdan düzənliyinin qayalı mənzərəsi uzanır. Uzaqda isə Rafaelın 1504-cü ildə çəkdiyi “The Marriage of the Virgin” tablosundakı məbəd silueti görünür. Səhnə quruluşunun bir hissəsi olan, sinəsi yarılmış nəhəng taxta qu quşu fiqurundan rəqqaslar səhnəyə çıxırdı; həmin konstruksiya 1968-ci ildə məhv edilib.
Satışda həmçinin Avropa sürrealist ustalarının – Leonor Fini, Valentin Hüqo, Jeyn Qraverol, Andre Masson, Man Rey və Fransis Pikabianın – əsərləri təqdim olunacaq. Əsas lotlar sırasında Qraverolun təxminən 1945-ci ilə aid “Tête en l’air” əsəri (30–45 min dollar) və Pikabianın vaxtilə Olqa Pikabianın kolleksiyasında olmuş 1940-cı ilə aid “La Polonaise” adlı yağlı boya tablosu (230–350 min dollar) yer alır.
Digər xəbərlər