usd-1.7000 eur-1.9776 rub-2.1807
Bakı 2°C 7.28 m/s
Son xəbərlər
18-01-2026
16-01-2026
15-01-2026
14-01-2026

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

“Aldanmış ər” tamaşasının premyerası olacaq

details

MƏDƏNİYYƏT

19.01.2026, 16:17 Oxunub: 51

Yanvarın 23-də Sumqayıt Dövlət Dram Teatrında dünya dramaturgiyasının şah əsərlərindən sayılan Jan Batist Molyerin “Jorj Danden, yaxud aldanmış ər” pyesi əsasında hazırlanan “Aldanmış ər” tamaşasının premyerası olacaq.

1001info.az  xəbər verir ki, dövlət sifarişi ilə səhnələşdirilən tamaşanın bədii rəhbəri Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rejissoru Ümüd Abbaszadə, quruluşçu rəssamı Osman Salmanov, bəstəkarı Rəvan Alməmmədli, xoreoqrafı Kamil Ağazadə, rejissor assistenti Fazilə Rzayevadır. Əsər Azərbaycan dilinə görkəmli dramaturq, Xalq yazıçısı Elçin tərəfindən tərcümə olunub.

Yeni səhnə əsəri klassik fransız komediyasının ruhunu qorumaqla yanaşı, müasir teatr estetikası, dinamik quruluş və parlaq aktyor ifaları ilə tamaşaçılara təqdim olunur.

Səhnə əsərində rolları Əməkdar artistlər Sədaqət Nuriyeva, Cəlal Məmmədov, aktyorlar Oktay Mehdiyev, Mətləb Səfərli, İlahə Səfərova, Aynur Hümbətova, Kamran Muradlı, Elmir Mehdiyev, Ramazan Xanlarov, Səbinə Abdullayeva, Emil Həmidov, Şəhriyar Aşkari və Məhbubə Qorbanı ifa edəcək.

Əsərin mövzusu kəndli təbəqəsindən olan, lakin var-dövlət hesabına zadəgan ailəsinə kürəkən olmuş bir şəxsin faciəvi-komik taleyidir.

 

 

 

Digər xəbərlər