ŞƏHİDLƏR -Qazilər
Burdan bir atlı keçdi...
Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Hacı Qəni Camalzadənin 15 cildlik “Seçilmiş əsərləri”nin 7 cildi təqdim olunub
ƏDƏBİYYAT
12.02.2026, 22:22 Oxunub: 416Qazi yazıçının sənət hesabatı
Yazıçı-publisist, Prezident təqaüdçüsü, Qarabağ müharibəsi veteranı Hacı Qəni Camalzadə 1956-cı ildə dağlar diyarı Lerik rayonunun Durğan kəndində dünyaya göz açıb. 1977-ci ildə Azərbaycan Texniki Universitetini bitirib. İxitisası üzrə müxtəlif vəzifələrdə işləyib. 1992-1993-cü illərdə könüllü olaraq birinci Qarabağ müharibəsində iştirak edib. Müharibə veteranı, təqaüdçüdür.
Tələbəlik illərində ədəbi yaradıcılığa başlayıb. İlk hekayəsi 1976-cı ildə “Ədəbiyyat və incəsənət” qəzetində dərc olunub. “Azərbaycan gəncləri”, “Azərbaycan", "Ulduz","Kirpi" və digər qəzet və jurnallarda, “Yeni səslər” almanaxında hekayə və satirik yazıları işıq üzü görüb.
1985-ci ildən “Yaxşı oğlanın dayısı”, “Sonuncu yeznə”, “Qohumların əsiri” hekayə kitabları, “Qızıl xotuğ”, “Karxana”, “Kiaksarın axırıncı savaşı”, “Şeytana daş atanlar” romanları ilə oxucuların görüşünə gəlib. Əsərləri rus və ingilis dillərinə tərcümə edilib. Bir neçə kitabı Moskvada, 4 kitabı isə Amerikada çap olunub. Yazıçı 22 kitabın və 15 cildlik “Seçilmiş əsərləri”n müəllifidir.
Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda tanınmış nasir, Azərbaycan Yazıçılar Birliyinin üzvü Hacı Qəni Camalzadənin kitablarının təqdimat mərasimi keçirilib. Məclisdə ədəbiyyat və mədəniyyət xadimləri, tanınmış ziyalılar, media nümayəndələri iştirak ediblər.
Azərbaycan Yazıçılar Birliyinin yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi yazıçının yarıməsrlik yaradıcılıq yolundan söhbət açaraq zamanla səsləşən əsərlər yaratdığını bildirib.
Ədəbiyyatşünas, tənqidçi, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əsəd Cahangir Hacı Qəni Camalzadənin nəsrində mövzu zənginliyini, bədii düşüncə tərzini və milli-mənəvi dəyərlərə bağlılığını yüksək dəyərləndirib, əsərlərinin tədqiqatçılar üçün əvəzsiz mənbə olduğunu bildirib.
Tənqidçi Vaqif Yusifli, yazıçı Elçin Hüseynbəyli, filologiya elmləri doktoru, professor İslam Qəribli, tanınmış şair Ağacəfər Həsənli, əməkdar jurnalistlər Zemfira Məhərrəmli, İdris Şükürlü və başqaları yazıçının zəngin yaradıcılıq irsini, romanlarında fəlsəfi dərinliyi və personajların mübarizə ruhunu yüksək qiymətləndiriblər.
Sonda Hacı Qəni Camalzadənin 15 cildlik “Seçilmiş əsərləri”nin 7 cildi təqdim olunub. Toplu yazıçının uzun illər ərzində qələmə aldığı dəyərli nümunələri bir araya gətirməsi baxımından yaddaqalan ədəbi hadisə kimi qiymətləndirilib.
Əlisəfa HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri