ŞƏHİDLƏR -Qazilər
Burdan bir atlı keçdi...
Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
“İzzət Kino Mükafatı”nın qalibləri elan olunacaq
MƏDƏNİYYƏT
09.01.2026, 16:39 Oxunub: 71Ötən ilin avqustunda təsis edilən “İzzət Kino Mükafatı”nın qalibləri tezliklə elan olunacaq.
1001info.az 525.az-a istinadən xəbər verir ki, artıq mükafatın rəsmi dizaynı hazırdır. Belə ki, rəssam-animator Sevinc Quliyevanın müəllifi olduğu eskiz İzzət Orucovanın oynadığı Sevil və Almaz obrazlarının sintezindən yaradılıb. Poster Azərbaycan qadınının həm üsyanını, həm də milli kimliyini kəlağayı, milli geyimin detalları, açıq saçları və s. ilə özündə cəmləşdirir. Posterdəki kino lentləri ilə əhatələnən obraz Azərbaycan kinosunun qadın simasını təmsil edir.
Mükafat rejissor və prodüser, Azərbaycan Kinematoqrafçılar İttifaqının beynəlxalq əlaqələr və layihələr üzrə meneceri Afaq Yusifli tərəfindən təsis edilib. Layihə Azad Mirzəcanzadə İnkişaf Proqramının 2025-ci il üzrə 2-ci dalğasının 10 qalibindən biridir. Layihənin rəsmi tərəfdaşları arasında Azərbaycan Kinematoqrafçılar İttifaqı və Gənc Film İstehsalçıları Assosiasiyası var. Təsisçinin verdiyi məlumata görə, münsiflər heyətinin tərkibi və ilkin siyahı artıq hazırdır. Hazırda, mükafatın hazırlanma prosesi və son təşkilati məsələlər üzrə işlər gedir. Münsiflərin adları və kateqoriyalar barədə elan veriləcək.