usd-1.7000 eur-1.9811 rub-2.1216
Bakı 8°C 10.02 m/s
Son xəbərlər
09-01-2026
08-01-2026
07-01-2026
25-12-2025
24-12-2025

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Kamal Abdullanın "Unudulmaz seçmələr"i çap olundu

details

MƏDƏNİYYƏT

09.01.2026, 16:09 Oxunub: 50

Xalq yazıçısı Kamal Abdullanın “Unudulmaz seçmələr” adlı yeni kitab seriyası işıq üzü görüb.

1001info.az  xəbər verir ki, seçmələrə daxil olan yeddi kitabda müəllifin qələmə aldığı əsas əsərlər toplanıb.

Kitabın birinci cildində müəllifin "Dəvə yağışı", "Son gəliş", "Çəngəl çiçəyi", "Şeytan işi" kimi hekayələri var.

Redaktor Maral Yaqubova, Ön söz müəllfləri isə Rafiq Əliyev, Tehran Alışanoğlu, Aydın Talıbzadə, Mehman Qaraxanoğlu və Maral Yaqubovadır.

İkinci cildə Xalq yazıçısının seçmə şeirləri, üçüncü cilddə isə müəllifin "Bir, iki, bizimki", "Ruh", "Casus", "Beyrək" kimi müxtəlif vaxtlarda ölkənin aparıcı teatrlarında səhnələşdirilən pyesləri toplanıb.

İkinci cildin Ön sözlərinin müəllifləri Vaqif Bayatlı Odər və Ulucay Akif, üçüncü cildin redaktoru isə Cavid Zeynallıdır.

Dördüncü və beşinci cildlərdə isə müvafiq olaraq müsahibə, söhbət və dialoqlarında sözə çevirdiyi düşüncələr, Qorqudşünaslıq elminin sirləri, ədəbi-tənqidi məqalələri və esseləri yer alır.

Dördüncü cildin tərtibçisi və Ön söz müəllifi Nəriman Əbdülrəhmanlı, beşinci cildin redaktoru və Ön söz müəllifi isə Muxtar Kazımoğludur.

Toplunun altıncı cildinə Xalq yazıçısının dilçilik və "Dədə Qorqud"la bağlı kitablarından seçmələr, yeddinci cildinə isə Kamal Abdullanın elmi, ədəbi və bədii yaradıcılığı əhatə edən 75 suala süni intellektin verdiyi 75 cavab və həmin cavablara müəllifin verdiyi şərhlər toplanıb.

Altıncı cildin tərtibçisi Nizami Cəfərov, redaktoru Azad Məmmədov, yeddinci cildin tərtibçisi Coşqun Dadaşov, redaktoru isə Cavid Zeynallıdır.

Kitabın rəssamı İlham Elxanoğludur.

Digər xəbərlər