ŞƏHİDLƏR -Qazilər
Burdan bir atlı keçdi...
Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Mən xəstənin aləm də bilir loğmanı sənsən,
Naz et, nə gərəkdir mənə dərman, mənə naz et...- Günün şeiri
ƏDƏBİYYAT
12.03.2026, 17:02 Oxunub: 11371001info.az "Günün şeiri" rubrikasında unudulmaz şair Davud Aslanın yaradıcılığına yer ayırıb.
Naz et
Ey işvəli canan, sənə qurban, mənə naz et,
Et nazın ilə könlümü al qan, mənə naz et.
Gördünmü məni, cövr elə, çək sinəmə min dağ,
Xoşdur, mənə naz et, sula meydan, mənə naz et.
Əfsunlu o gözlərdəki süzgün o baxışıar,
Olsun məkanım çölü-biyaban, mənə naz et.
Dart qaşlarını, sal işə müjganları, ox at,
Şır-şır bu sinəmdən axa al qan, mənə naz et.
Mən xəstənin aləm də bilir loğmanı sənsən,
Naz et, nə gərəkdir mənə dərman, mənə naz et.
Şükr olsun o Allaha ki, qəmzən məni yıxdı,
Arzum budu eşqində verəm can, mənə naz et.
Hər gün sənə qurban kəsilim, bax mənə həzz al,
Çək məhşərə, et qəlbimi viran, mənə naz et.
Sal zülfünü zəncir eləyib boynuma ey can,
Davud dözəcək olsa da nalan, mənə naz et.
Digər xəbərlər