usd-1.7000 eur-2.0167 rub-2.2015
Bakı 7°C 9.58 m/s
Son xəbərlər
14-02-2026
12-02-2026
06-02-2026
05-02-2026
03-02-2026
29-01-2026
28-01-2026
27-01-2026

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

“Öz qəbrini qazan” – insan talelərinin ədəbi salnaməsi

details

ƏDƏBİYYAT

14.02.2026, 20:20 Oxunub: 78

“Öz qəbrini qazan” – insan talelərinin ədəbi salnaməsi

Kəmalə Mirzəyevanın “Öz qəbrini qazan” adlı yeni kitabının təqdimat mərasimi ədəbi və ictimai mühitin tanınmış simalarının iştirakı ilə keçirilib. Tədbir yalnız bir kitabın təqdimatı deyil, eyni zamanda insan taleyinə, yaddaşa, daxili mübarizəyə və mənəvi seçimlərə həsr olunan geniş ədəbi müzakirə platformasına çevrilib.

Müəllif jurnalistlərə verdiyi açıqlamada bildirib ki, söz onun üçün sadəcə ifadə vasitəsi deyil, insanlar arasında mənəvi bağ yaradan, qəlbləri bir-birinə yaxınlaşdıran bir körpüdür. Yazıçı vurğulayıb ki, “Öz qəbrini qazan” kitabında məhz bu körpünü qurmağa, oxucu ilə səmimi və dürüst dialoq yaratmağa çalışıb.

Kitaba daxil edilən hekayə, povest və pyesləri birləşdirən əsas xətt insan taleyi, həyatın sınaqları, daxili ziddiyyətlər və insanın öz vicdanı ilə üz-üzə qalmasıdır. Əsərdə gündəlik həyatın görünməyən tərəfləri, səssiz faciələri, ümid və ümidsizlik arasında qalan insanın psixoloji vəziyyəti incə bədii çalarlarla təqdim olunur.

Kəmalə Mirzəyeva bildirib ki, kitabda yer alan əksər süjetlər yaşanmış hadisələrə, real müşahidələrə və insan talelərindən süzülüb gələn həqiqətlərə əsaslanır:

“Mən istəyirdim ki, oxucu bu əsərlərdə yalnız obrazları deyil, özünü görsün. Bəlkə də kitabdakı qəhrəmanlar elə oxucuların özləridir. Ədəbiyyat insanı insanla üz-üzə gətirir, məsafələri aradan qaldırır və qəlblərdə gizli qalan suallara cavab axtarır. Yazarkən əsas məqsədim oxucu ilə səmimi, dürüst və mənəvi dialoq qurmaq olub.”

Təqdimat mərasimini ədəbiyyatşünas Əsəd Cahangir aparıb.

Kitabın rəyçisi, yazıçı və əməkdar jurnalist Bəxtiyar Qaraca və ön sözün müəllifi, xalq yazıçısı Çingiz Abdullayev kitabın ideya xətti, müəllifin bədii dünyası və insan taleyinə yanaşması barədə düşüncələrini tədbir iştirakçıları ilə bölüşüblər.

Tədbirdə çıxış edən əməkdar jurnalist Şəmsiyyə Kərimova, yazıçı-dramaturq Hüseynbala Mirələmov, yazıçı Haçı Qəni Camalzadə, əməkdar mədəniyyət işçisi Telli Pənahqızı, tarix üzrə fəlsəfə doktoru İradə Əlili, ictimai xadim Xəyyam Nəsibov, Folklor İnstitutunun əməkdaşı , elmi işçi Fəridə Mirişova, yazıçı-publisist Qəni Camalzadə  eləcə də tanınmış idman xadimləri İsmayıl İsmayılov, Xəzər İsayev və Hicran Şərifov kitab haqqında fikirlərini bölüşüblər.

Çıxışlarda vurğulanıb ki, “Öz qəbrini qazan” təkcə bədii mətnlər toplusu deyil, həm də insanın daxili dünyasına, taleyin sərt sınaqlarına və mənəvi məsuliyyətə işıq tutan dərin düşüncə mənbəyidir.

Natiqlər qeyd ediblər ki, kitabın dili, mövzu seçimi və psixoloji dərinliyi onu geniş oxucu auditoriyası üçün maraqlı və təsirli edir. Əsərin həm ədəbi çevrələrdə, həm də adi oxucular arasında geniş rezonans doğuracağı, müasir Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutacağı, oxucuları düşünməyə, öz daxili dünyalarına boylanmağa və insan taleyinə daha həssas yanaşmağa sövq edən əlamətdar ədəbi hadisəyə çevriləcəyi xüsusi vurğulanıb.

Təqdimat mərasimi səmimi ədəbi müzakirələr, oxucu-müəllif dialoqu və kitabın ideya-məzmun xəttinə həsr olunan fikir mübadilələri ilə yadda qalıb.

Digər xəbərlər