ŞƏHİDLƏR -Qazilər
Burdan bir atlı keçdi...
Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Qəni Camalzadənın “The Quarry” (“Karxana”) romanı beynəlxalq ədəbiyyat portalında maraqla qarşılanıb- Müsahibə
ƏDƏBİYYAT
08.03.2026, 17:41 Oxunub: 1577Tanınmış yazıçı Qəni Camalzadənın “The Quarry” (“Karxana”) romanı beynəlxalq ədəbiyyat portalında təqdim olunub
1001info.az xəbər verir ki, yazıçı Qəni Camalzadə ilə müsahibə beynəlxalq ədəbiyyat platforması olan Literary Titan saytında dərc olunub. Müsahibədə müəllif “The Quarry” (“Karxana”) romanının yaranma ideyası, əsərdə qaldırılan sosial-tarixi mövzular və yeni yaradıcılıq planları barədə danışıb.
Yazıçının sözlərinə görə, roman Sovet dövründə bir karxana şəhərində baş verən hadisələr fonunda iki güclü şəxsin hakimiyyət uğrunda mübarizəsini təsvir edir. Əsərdə yalnız kriminal hadisələr deyil, həm də cəmiyyətin müxtəlif təbəqələrinin taleyi, insanların gündəlik həyatı və siyasi sistemin tədricən zəifləməsi kimi proseslər geniş şəkildə əks olunur. Müəllif qeyd edir ki, romanda eyni zamanda Sovet İttifaqı dövrünün sosial və siyasi reallıqları, imperiyanın tənəzzülü və həmin dövrün yaratdığı mürəkkəb insan münasibətləri də təsvir edilir.
Qəni Camalzadə bildirib ki, romandakı personajların bir çoxu real hadisələrdən və həyat prototiplərindən ilhamlanaraq yaradılıb. Onun sözlərinə görə, əsərdəki əsas ideya xeyir və şərin qarşıdurmasıdır və bu yanaşma qədim Zərdüştilik fəlsəfəsindəki dualist dünya görüşündən təsirlənib. Müəllif bu vasitə ilə obrazlar arasında güclü kontrast və dramatik dinamika yaratmağa çalışdığını vurğulayıb.
Müsahibədə yazıçı romanın əsas ideya xəttlərindən biri olan sadiqlik mövzusuna da toxunub. O qeyd edib ki, sadiqlik insan münasibətlərinin, ailə institutunun və ümumilikdə cəmiyyətin dayanıqlığını təmin edən fundamental dəyərlərdən biridir. Yazıçının fikrincə, sadiqliyin mövcud olduğu yerdə insanlıq və qarşılıqlı etimad qorunur.
Q Camalzadə hazırda “At the Fortieth Latitude” (“Qırxıncı en dairəsində”) adlı yeni romanını tamamladığını da açıqlayıb. Müəllifin sözlərinə görə, bu əsərdə Sovet imperiyasının süqutu, iqtisadi çətinliklər, azadlıq hərəkatları, gənclərin işsizlik problemi və miqrasiya kimi mövzulara toxunulur.
Qeyd edək ki, “The Quarry” (“Karxana”) romanı Azərbaycanın təxminən 1890–1990-cı illəri əhatə edən bir əsrlik tarixini əhatə edir və Sovet hakimiyyəti dövründə insanların qarşılaşdığı sosial, siyasi və mənəvi sınaqları bədii formada təsvir edir.
1001info.az
Digər xəbərlər