ŞƏHİDLƏR -Qazilər
Burdan bir atlı keçdi...
Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
“Üzeyir Hacıbəyli mükafatı”nın qalibləri məlum oldu
MƏDƏNİYYƏT
09.01.2026, 16:02 Oxunub: 54Dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə təsis edilmiş “Üzeyir Hacıbəyli mükafatı”nın təqdim edilməsi ilə bağlı müsabiqə yekunlaşıb.
1001info.az xəbər verir ki, Mədəniyyət Nazirliyi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının birgə təsdiq etdiyi reqlamentə əsasən müsabiqə iki mərhələdə təşkil olunub.
Müsabiqəyə Bakı şəhəri və respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərində çalışan ümumilikdə 66 müəllim qatılıb.
Müzakirələrin yekununda 19 müəllim (https://shorturl.at/eFmyn) müsabiqənin qalibi elan edilib və onlar “Üzeyir Hacıbəyli mükafatı”na layiq görülərək həm pul mükafatı, həm də diplomlarla təltif ediləcəklər.
Qeyd edək ki, dahi Üzeyir Hacıbəylinin 140 illik yubileyi çərçivəsində keçirilən bu müsabiqə musiqi və incəsənət təhsili sahəsində çalışan müəllimlərin peşəkarlığının təşviqi, yaradıcı potensialının üzə çıxarılması və milli musiqi irsinin gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.