usd-1.7000 eur-1.9498 rub-2.0266
Bakı 10°C 1.29 m/s
Son xəbərlər
28-03-2026
26-03-2026
25-03-2026
22-03-2026
17-03-2026
16-03-2026
14-03-2026

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsəri Ankara səhnəsində 

details

MƏDƏNİYYƏT

28.03.2026, 20:06 Oxunub: 43

Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi qardaş ölkədə mədəniyyətimizin təbliği sahəsində müstəsna fəaliyyətlə məşğuldur. Budur, növbəti nəticə: Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Opera və Bale Baş Müdirliyi ilə əldə olunmuş razılaşmaya əsasən Azərbaycan bəstəkarlarının əsərləri Türkiyənin opera səhnələrində nümayiş etdirilməkdədir.

 

 Bu əməkdaşlıq çərçivəsində martın 26-da Ankarada Azərbaycanın dahi bəstəkarı, Türk dünyası musiqisinin zirvəsi  Üzeyir Hacıbəylinin məşhur operettası “Arşın Mal Alan” əsəri səhnəyə qoyulub.

 

 Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə, əsərin premyerasında Ankara Opera və Bale Genel Müdiri Demet Gökalp, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, mədəniyyət, incəsənət xadimləri, yerli azərbaycanlılar, media nümayəndələri, geniş ictimaiyyət iştirak edib.

Tamaşada baş rolları Əsgər-Şenol Talınlı, Gülçöhrə-Esin Talınlı, Asya-Olça Bora, Süleyman-Serkan Kocadere, Əsgərin xalası-Sibel Kızıltaş, Soltan bəy-Mehmet Yılmaz, Telli-Ayten Hanalioğlu və Vəli-İbrahim Halil Turgut ifa ediblər.

Yüksək səhnə tərtibatı, dekorasiya, artistlərin Azərbaycan və Türk dillərində ortaq istifadə etməklə oynadıqları rollar və musiqilər böyük maraqla qarşılanıb.

Anşlaqla keçən “Arşın mal alan” əsərinin tamaşası Ankara tamaşaçılarının alqışları ilə müşaiyət olunub.

Qeyd edək ki, sözügedən tamaşanın Azərbaycan Mədəniyyət Mərkəzi və Ankara Dövlət Opera və Balet Teatrının birgə əməkdaşlığı ilə Türkiyənin müxtəlif bölgələrində də səhnələşdirilməsi nəzərdə tutulur.

Bu layihə Azərbaycan mədəniyyətinin Türkiyədə təbliği və iki qardaş ölkə arasında mədəni əlaqələrin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

 

“Ədəbiyyat və incəsən

Digər xəbərlər