usd-1.7000 eur-1.9977 rub-2.1379
Bakı 4°C 7.47 m/s
Son xəbərlər
15-12-2025
12-12-2025
10-12-2025
08-12-2025
07-12-2025
03-12-2025
28-11-2025

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

AMA - Davamlı, ədalətli dünya naminə

details

GÜNDƏM

16.12.2025, 12:56 Oxunub: 1790

 

Azərbaycan Mühəndislik Akademiyasının 20 ili  tamam oldu. Bu illər ərzində AMA mühəndislərin və alimlərin peşə birliyinə dəstək verən, elmi-texniki tərəqqinin və mühəndislik fəaliyyətinin inkişafına kömək göstərən, eyni zamanda müxtəlif tədqiqat işlərinin, layihələrin və proqramların həyata keçirilməsinə yardım edən müstəqil elmi-texniki təşkilat kimi həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda tanınıb. Aparıcı alimləri  və ekspertləri öz ətrafında birləşdirən bu nüfuzlu qurumun Prezidenti, akademik Arif Paşayev mühəndislik peşəsində çalışanlara və gələcək mühəndislərə ünvanladığı təbrik məktubunda görülən işləri qeyd etməklə bərabər qarşıdakı vəzifələri də yada salır: “Hörmətli akademiyanın üzvləri, əməkdaşları, gənc mühəndislər və elmi ictimaiyyətin dəyərli nümayəndələri!

2025-ci il noyabrın 30-u hər birimiz üçün əlamətdar və qürurverici bir tarixdir – Azərbaycan Mühəndislik Akademiyasının təsis edilməsinin 20 ili tamam oldu. Gənc təşkilat olmasına baxmayaraq, Bakının xam neftin kəşfiyyatında mühüm rolu sayəsində XX əsrin əvvəllərini formalaşdırılan neft və qaz sənayesində böyük mühəndislik yeniliklərini çiyinlərində daşıyır. Azərbaycan Mühəndislik Akademiyası yarandığı gündən ölkə iqtisadiyyatının inkişafı üçün mühüm əhəmiyyət kəsb edən bir sıra layihələrin həyata keçirilməsində fəal iştirak edərək cəmiyyətdə öz layiqli yerini tutub. Qeyd edim ki, AMA-nın formalaşması və inkişafı ilk gündən tarixi köklərimiz, strateji düşüncə, peşəkarlıq və yüksək vətənpərvərlik ruhu üzərində qurulub.İnkişaf etmiş cəmiyyətlərin sütunlarından biri olan mühəndislik bəşər tarixinin ən qədim dövrlərindən etibarən insanların həyatını asanlaşdırmaq, təhlükəsizliyini təmin etmək və yeni imkanlar yaratmaq məqsədilə meydana çıxıb. Hər bir xalqın və coğrafiyanın texniki düşüncəyə, yaradıcılığa və innovasiyaya verdiyi töhfələr həmin xalqın mədəni və intellektual irsinin ayrılmaz tərkib hissəsidir. Bu baxımdan, Azərbaycan mühəndislik tarixi də həm qədimlik, həm də zənginlik baxımından diqqətəlayiq nümunələrdən biridir”.

Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən elmi-texniki siyasət və sənayeləşmə strategiyası çərçivəsində AMA-nın artan rolunu xüsusi qeyd edən Akademik Arif PAŞAYEV Akademiyanın beynəlxalq əlaqələrindən də danışaraq deyir ki,  AMA bir çox milli və beynəlxalq akademiyalar və texniki birliklərlə səmərəli əməkdaşlıq və əlaqələr qurmaq üçün yorulmadan səy göstərir.

AMA-nın nəşri olan “Azərbaycan Mühəndislik Akademiyasının Xəbərləri” beynəlxalq elmi-texniki jurnalı artıq aktuallığı və praktikliyi ilə böyük maraq doğuran ciddi araşdırmalar aparılması üçün vacib mənbəyə çevrilib. Akademiyanın dəstəyilə bu illər ərzində kitablar, dərsliklər, dərs vəsaitləri, elmi məqalələr dərc edilib, simpoziumlar, konfranslar, seminarlar, dəyirmi masalar təşkil olunub.

Ölkəmizdə mühəndislik elminin inkişafında və texniki təfəkkürün formalaşmasında əvəzsiz rol oynayan, iqtisadiyyatımızın mühəndislik dayaqlarının möhkəmləndirilməsinə mühüm töhfələr verən AMA-nın hazırda həqiqi və müxbir üzvlərinin sayı 36 nəfərdir: bunlardan 21 nəfəri həqiqi üzv (akademik), 15 nəfəri müxbir üzv, 1 nəfəri akademiyanın fəxri üzvü və 4 nəfər isə akademiyanın əcnəbi üzvüdür.

Qeyd edək ki, yubiley münasibətilə Akademiyanın fəaliyyətində və inkişafında, müasir düşüncəli gənc mühəndis kadrlarının hazırlanmasında fərqlənən AMA üzvləri və əməkdaşları, eləcə də Akademiya ilə səmərəli əməkdaşlıq edən təşkilatların bir sıra mütəxəssisləri müxtəlif nominasiyalar üzrə döş nişanı ilə təltif olunublar.

Mükafatlandırılanlar arasında AMA-nın, eləcə də Beynəlxalq Mühəndislik Akademiyası və Rusiya Dağ-Mədən Akademiyasının həqiqi üzvü, texnika elmləri doktoru, professor, yazıçı-dramaturq  Hüseynbala Mirələmov da var. Ona bu mükafatı AMA-nın vitse-prezidenti, akademik Əhəd Canəhmədov təqdim edərək  bildirib ki,  Hüseynbala Mirələmova   “20 il xidmətinə görə” yubiley  qızıl döş nişanı mükafatı mühəndislik fəaliyyətində fərqlənməyə,  mühəndislik elminin inkişafında, eləcə də gənc mühəndis kadrların hazırlanmasında uzunillik və səmərəli fəaliyyətinə görə verilir . Akademik Əhəd Canəhmədov vurğulayıb ki, bu mükafat professor Hüseynbala Mirələmovun elmi araşdırmalarına, pedaqoji xidmətlərinə və ictimai fəaliyyətinə verilən yüksək dəyərin ifadəsidir. Təltiflə bağlı fikirlərini bölüşən akademik Hüseynbala Mirələmov göstərilən diqqətə görə minnətdarlığını ifadə edib. O qeyd edib ki, hörmətli akademik Arif Paşayevin ona göstərdiyi yüksək etimad və Azərbaycan Mühəndislik Akademiyasının 20 illik yubileyi münasibətilə təqdim olunan bu dəyərli mükafat onun üçün böyük mənəvi əhəmiyyət daşıyır. Akademik bildirib ki, bu təltifi mühəndislik elminə, gənc kadrların hazırlanmasına, elmi-ictimai və yaradıcılıq fəaliyyətinə verilən yüksək qiymət kimi qəbul edərək  Azərbaycan Mühəndislik Akademiyasının ölkəmizin elmi-texniki inkişafında, mühəndislik düşüncəsinin formalaşmasında və milli kadr potensialının gücləndirilməsində oynadığı mühüm rolu xüsusi vurğulayıb. O, göstərilən diqqət və etimada görə bir daha təşəkkür edərək, bundan sonra da mühəndislik elminin və milli elmi potensialımızın inkişafı naminə var gücüylə  çalışmağa davam edəcəyini bildirib.

 

1001info.az

Digər xəbərlər