ŞƏHİDLƏR -Qazilər
Burdan bir atlı keçdi...
Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
MƏN ELƏ GÖYÇƏYƏM!.. - Məlahət İsmayılqızı yazır
ƏDƏBİYYAT
22.03.2026, 17:52 Oxunub: 6551001info.az "Günün şeiri" rubrikasında Məlahət İsmayılqızının yaradıcılığına yer ayırıb.
MƏN ELƏ GÖYÇƏYƏM!
I hissə
“Mən kimə bənzəyirəm – özümə verdiyim sual”...
Mən kiməm, kim...
Ən azı Tanrıdan gələn yazı – R. Behrudi
Mən bir az Atama bənziyirəm,
Mən bir az Anama bənziyirəm,
Bir az dayılarıma,
Bir az əmilərimə,
Bir az Qəndab Mamama,
Bir az Şallı xalama,
Bir az Babalarıma...
Hüseyn babama, Abbas Qağama,
Bir az Nənələrimə-
Həlimə nənəmə, Məsmə Mamama,
Göyçənin Ərəbzəngisinə bənzəyirəm!
Mən bir az, bir az... bir az,
Mən elə Göyçəyə bənziyirəm!
Mən Göyçəyəm!
Göyçək Göyçənin özüyəm,
Əslində Göyçəyə bənziyirəm,
Göyçənin yaşıl ormanlarına,
“Qoca Dağ”ına, “Qoşqoruğu”na,
Sərin bulaqlarına,
Dağların lilparına,
Arx kənarı bitən
Yarpızlara bənziyirəm!
Kəkotu, bənövşə, nərgizli...
Dağ yamaclarına bənziyirəm!
“Palıdlı”nın bənövşəsinə,
“Qoşqoruğu”nun lalasına,
Dərənin calalığına,
Qarama güllərinə,
Kərəmin bulağına... bənziyirəm!
Sarı Nər ətəyində bitən
Kəhraba sünbüllərə bənziyirəm!
Göy Gözlü ...
Göyçə gölünə bənziyirəm,
Mən elə Göyçəyə bənziyirəm,
Mən elə Göyçəyəm,
Göyçək Göyçənin özüyəm...
Əslində Göyçəyə bənziyirəm!
M. İ. 17. 11. 19. Bakı
MƏN ELƏ GÖYÇƏYƏM!
II hissə
Gözəllikdə Göyçəyə bənzədim... elə taledə də
Ələsgərin Sazı- sözüyəm Mən...
Alagözlü Gözəliyəm Mən,
Alının dərdi- qəmiyəm Mən,
Atamın Göyçə adlı üsyanı,
Anamın, Nənə- Babalarımın
Göyçə adlı həsrətiyəm Mən!
QocaDağdan əsən yellərəm,
Sarı Nərdən gələn karvanın
Sarvanıyam Mən...
Yarpız, kəkotu, nərgiz,
Bənövşə ətirli,
Dağ yamaclarıyam Mən!
Halallıq adlı süfrələrin
Nemətiyəm Mən!
Göyçə dağlarının
Solmazgülü çiçəyi ...
Bir gün öz yurduna dönəcək...
Ağ saçlı bir Anayam Mən!
Cığırlarını çayır basan...
Quru tikanını basıb keçərəm,
O cığırları, o izləri yenidən...
O Ocaqlara döndərənəm Mən!
Mən elə Göyçəyəm...
Göyçək Göyçənin özüyəm Mən,
Eldar İsmayılın Ana həsrətli...
Yanğısıyam Mən!
Göyçə adlı İlahi sevgiyəm Mən!
Mən elə GÖYÇƏYƏM!
Göyçək Göyçənin özüyəm,
Əslində Göyçəyə bənziyirəm!
M. İ. 23. 11. 24 Bakı
P. S. Suya söylədim acılarımı,
Suda buraxdım dərdlərimi...
Nə dərd məndən aralı düşdü...
Nə mən dərddən aralı... M. İ.
Digər xəbərlər