usd-1.7000 eur-1.9964 rub-2.1129
Bakı 7°C 2.45 m/s
Son xəbərlər
18-12-2025
16-12-2025
15-12-2025
12-12-2025
10-12-2025
08-12-2025

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

“Asəf Zeynallı. Seçilmiş əsərlər” kitabının təqdimatı oldu

details

MƏDƏNİYYƏT

19.12.2025, 15:35 Oxunub: 32

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən hazırlanan “Asəf Zeynallı. Seçilmiş əsərlər” not kitabı çapdan çıxıb. Kitabın təqdimat mərasimi Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində keçirilib.

Tədbirdə MEMİM-in direktoru vəzifəsini icra edən sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətov, Musiqi Kollecinin direktoru Əməkdar incəsənət xadimi, Asəf Zeynallı irsinin tədqiqatçısı, professor Nazim Kazımov, “Azərnəşr”in baş redaktoru, Əməkdar jurnalist Əlövsət Ağalarov çıxış ediblər.

Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi olan Asəf Zeynallının musiqi mədəniyyəti salnaməmizdəki yerindən danışılıb, nəşrin əhəmiyyəti vurğulanıb. Kitab bəstəkarın irsinin təbliğinə mühüm töhfə kimi səciyyələndirilib.

Bildirilib ki, Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin materialları əsasında ərsəyə gətirilən kitabda bəstəkarın işləməsində xalq mahnı və rəqslərimizin not yazıları ilə bərabər, müəllifin violin və fortepiano üçün “Şərq” pyesi, violonçel və fortepiano üçün “Layla, beşiyim, layla” əsəri musiqi ictimaiyyətinə ilk dəfə təqdim olunur.

Kitabın “Ön söz” müəllifi və tədbirin aparıcısı sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı nəşrdə yer alan əsərlər barədə məlumat verib.

1001info.az 

Digər xəbərlər