usd-1.7000 eur-1.9608 rub-2.1123
Bakı 11°C 13.3 m/s
Son xəbərlər
28-03-2026
26-03-2026
25-03-2026
22-03-2026
17-03-2026
16-03-2026
14-03-2026

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

    Gözəllikdə Göyçəyə bənzədim... Elə taledə də... - Məlahət  İsmayılqızı

details

ƏDƏBİYYAT

19.07.2022, 12:16 Oxunub: 4210

  MƏN   GÖYÇƏYƏ   BƏNZƏYİRƏM...

                                            “Mən kimə bənzəyirəm”...

                              Gözəllikdə Göyçəyə bənzədim,
                                     Elə taledə də....

Mən bir az Atama bənziyirəm,
      Mən bir az Anama bənzəyirəm...
Bir az dayılarıma,
                 Bir az əmilərimə,
Bir az Qəndab mamama,
           Bir az Şallı xalama,
Bir az babalarıma,
       Hüseyn babama, Abbas Qağama,
Bir az nənələrimə- 
       Həlimə nənəmə, Məsmə mamama
Göyçənin Ərəbzəngisinə bənzəyirəm!
Mən bir az, bir az...bir az,
     Mən elə Göyçəyə bənzəyirəm,
       Mən Göyçəyəm!
     Göyçək Göyçənin özüyəm.
Əslində Göyçəyə bənzəyirəm...
Göyçənin yaşıl ormanlarına,
    “Qoca Dağ”ına, “Qoşqoruğu”na
Sərin bulaqlarına,
      Dağların lilparına,
       Arx kənarı bitən
               Yarpızlara bənzəyirəm!
       Kəkotu, bənövşə, nərgizli
               dağ yamaclarına bənzəyirəm,
      “Palıdlı”nın bənövşəsinə,
         “Qoşqoruğu”nun lalasına,
      Dərənin calalığına,
               Qarama güllərinə,
         Kərəmin bulağına...bənzəyirəm...
     Sarı Nər ətəyində bitən
          Kəhraba  sünbüllərə bənziyirəm...
     Göy gözlü
          Göyçə gölünə bənzəyirəm.
   Mən elə Göyçəyə bənzəyirəm!
       Mən elə Göyçəyəm,
Göyçək Göyçənin özüyəm,
   Əslində Göyçəyə bənzəyirəm!

                            Məlahət İsmayılqızı

                          AYB- nin və AJB-nin üzvü

                      17. 11. 19. Bakı 

Digər xəbərlər