usd-1.7000 eur-1.9811 rub-2.2291
Bakı 10°C 2.11 m/s
Son xəbərlər
07-12-2025
03-12-2025
28-11-2025
26-11-2025
25-11-2025
20-11-2025
16-11-2025

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Deputatlar Vətən Müharibəsi Qəhrəmanının toyunda iştirak etdilər

details

CƏMİYYƏT

23.10.2025, 14:04 Oxunub: 939

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatları və hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə Vətən Müharibəsi Qəhrəmanı Azər Abdullazadənin toy şənliyində iştirak ediblər.

Məclisdə Milli Məclisin deputatlarından Anar Məmmədov və İlham Məmmədov, Vətən Müharibəsi Qəhrəmanı şəhid polkovnik-leytenant Anar Əliyevin atası Vaqif Əliyev, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov və Vətən müharibəsi qaziləri iştirak ediblər. 

Toy şənliyində çıxış edən qonaqlar hər iki gənci təbrik edərək onlara gələcək həyatda uğurlar diləyib, xoşbəxtlik və firavanlıq arzulayıb, valideynlərinə gözaydınlığı verib. 

Qeyd edək ki, Vətən Müharibəsi Qəhrəmanı Azər Abdullazadə tankçı kimi Füzuli, Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edib. Cəbrayılın Hacılı kəndi uğrunda gedən döyüşlərdə oktyabrın 11-də tankları vurulur və ağır yaralanır.

Azər Abdullazadə döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə “Vətən Müharibəsi Qəhrəmanı” adı, “Cəbrayılın azad edilməsinə görə”, “Heydər Əliyevin 100 illik (1923-2023)” yubiley medalı və Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Digər xəbərlər