ŞƏHİDLƏR -Qazilər
Burdan bir atlı keçdi...
Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Göyçayda yazıçı-dramaturq Əli Səmədlinin 95 illiyi qeyd edilib
MƏDƏNİYYƏT
25.11.2025, 15:13 Oxunub: 39Göyçayda yazıçı-dramaturq Əli Səmədlinin 95 illiyi qeyd edilib
Yubiley tədbiri Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin nəzdində fəaliyyət göstərən 3 saylı kitabxanada (Arvan kimi tanınır - red.) baş tutub.
Tədbirdə iştirak edən rayon ziyalıları, sənətsevərlər, jurnalistlər, kitabxana əməkdaşları, Əli Səmədlinin qız övladları və qohumları Azərbaycan ədəbiyyatında uşaq yazıçısı və dramaturq kimi ad qazanan Əli Səmədlinin 95 illik yubileyi ilə yanaşı, yazıçının öz şəxsi vəsaiti və təşəbbüsü ilə açdığı "Arvan" kitabxanasının yaradılmasının 30 illiyini də qeyd ediblər.
Tədbiri "Arvan" kitabxanasının müdiri Mehriban Məmmədova giriş nitqi ilə açaraq iştirakçılara Əli Səmədlinin həyat və yaradıcılığından, eləcə də "Arvan" kitabxanasının fəaliyyətindən məlumat verib. Bildirib ki, Əli Səmədli 1930-cu il sentyabrın 1-də Göyçay rayonunun Mallı-Şıxlı kəndində müəllim ailəsində anadan olub. O, 1948-ci ildə Göyçayda orta təhsilini başa vurub, Bakı şəhərinə gələrək İncəsənət İnstitunun teatrşünaslıq fakültəsinə daxil olub. Mədəniyyət Nazirliyində, İncəsənət Universitetində və uşaq mətbuatında çalışıb. Onun gənc nəslin maariflənməsində və kitaba maraq yaradılması istiqamətində gördüyü çoxsaylı xeyirxah və yaradıcı əməllərindən də bəhs edilib.
Tədbirdə çıxış edən şair-publisist Adil Məmməd, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin müəllimi Rafiq Abdullayev, şair və dil-ədəbiyyat müəllimi Şəmsiyyə Qaramanlı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, tarixçi Aqil Kəngərli Əli Səmədli haqqında xatirələrindən, onun yaradıcılığından və yazıçıdan yadigar qalan "Arvan" kitabxanasının kollektivinin layiqli fəaliyyətindən danışıb. Hazırda uşaq ədəbiyyatında, xüsusilə dərsliklərdə onun düşündürücü yaradıcılığına xüsusi ehtiyac olduğu qeyd edilib.
Ardınca yazıçı-dramaturq Əli Səmədlinin sağlında çəkilmiş sənədli filmindən fraqment nümayiş olunub, müəllifi olduğu "Heç bilməzdim", "Analar oğul doğun", "İkimiz bir nağıl olaydıq", "Ana və bala" şeirləri və "Bəhməz və bal" satirik hekayəsi səsləndirilib.
Rəssam pedaqoq Ehtiram Kərimovun bir gün müddətində çəkdiyi yazıçı dramaturq "Əli Səmədli" portreti və ömrünün 53 yaşında istedadını kəşf edən həvəskar rəssam Rəşid Kazımovun müəllifi olduğu "Nəsimi" portreti "Arvan" kitabxanasına hədiyyə edilib.
Tədbirin sonunda kollektivlə xatirə şəkilləri çəkdirilib.
Qeyd edək ki, yazıçı-dramaturq Əli Səmədli 30 il öncə Göyçayda "Arvan" adlı kitabxana-muzey açaraq öz şəxsi kitabxanasını, tarixi-etnoqrafik əşyalarını, rəssamlıq və heykəltaraşlıq əsərlərini uşaqlara hədiyyə edib. O, 55 ildən artıq uşaq və gənclər ədəbiyyatı sahəsində ədəbi fəaliyyət göstərib. 40-a yaxın kitabın və 33 səhnə əsərinin müəllifidir. Ayrı-ayrı əsərləri 20-dən çox xarici dilə tərcümə edilib. “Artıq tamah baş yarar” nağıl-pyesi 1964-1983-cü illərdə A.Şaiq adına Dövlət Kukla Teatrında 1500 dəfə tamaşaya qoyulub.
Günel Sabirqızı