usd-1.7000 eur-2.0080 rub-2.2155
Bakı 6°C 11.12 m/s
Son xəbərlər
16-02-2026
14-02-2026
12-02-2026
06-02-2026
05-02-2026
03-02-2026
29-01-2026
28-01-2026

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Kül ollam, külümü göyə sovurram...- Davud Nəsib 

details

ƏDƏBİYYAT

18.12.2025, 15:59 Oxunub: 989

1001info.az " Günün şeiri" rubrikasında  unudulmaz şair Davud Nəsibin " ƏBƏDİYYƏT "  şeirini təqdim edir. 

 

ƏBƏDİYYƏT

Gözlərimdə eynək, başımda duman,
Məni tez haqladı qocalıq yaman.
İl ötsə, dəyişsə, keçsə də zaman,
Başımda xəyalsan, qəlbimdə çənsən.

İnan, ucalsam da, alçalsam da mən,
Fikrimdə, gözümdə, nurumda sənsən.
Qocalan deyiləm, qocalsam də mən,
Başımda dumansan, saçımda dənsən.

Çağırsan, demirəm yanına gəlləm,
Səninlə sevinib, səninlə gülləm.
Bu eşqdən, ülfətdən dönən deyiləm,
Əhdim dönə bilməz əhdindən dönsən.

Arxada yarğansan, qarşıda bərə,
Bir sevda söyləyir, danışır hərə.
Qaldıra bilmərəm səni göylərə,
Eşqin zirvəsindən zirvədə sənsən.

Bu yolda yolumu mən başa vurram,
Bu yolda yurd salıb, mən yuva qurram.
Kül ollam, külümü göyə sovurram,
Əgər sən soyusan, əgər sən sönsən.

Ömründə gün nədir?! - Mən il olaram,
Qarşında çörək yox, sünbül olaram.
Mən çəmən olaram, mən gül olaram,
Bülbül ləhcəsiylə danışsan, dinsən.

Digər xəbərlər