usd-1.7000 eur-1.9763 rub-2.1317
Bakı 19°C 10.08 m/s
Son xəbərlər
23-10-2025
22-10-2025
20-10-2025
15-10-2025
13-10-2025
09-10-2025

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Xırnik qurusunun faydaları

details

SAĞLAMLIQ

21.12.2023, 12:18 Oxunub: 735

Xırnik qurusunun faydaları - Hansı xəstəliklərin dərmanıdır?

Təzyiqdən şəkər xəstəliyinə, ürək xəstəliklərindən mövsümi xəstəliklərə qədər bir çox sağlamlıq problemlərinin dərmanı olan qurudulmuş xırnik şəfa mənbəyidir.
Bu barədə türkiyəli herbalist Koray Özkılıç danışıb. Koray Özkılıçın sözlərinə görə, qurudulmuş cənnət xurması (xırnik) lif baxımından çox zəngin olduğu üçün pəhriz yeməkləri siyahısında üstünlük verilən qidalardandır. Həmçinin qış aylarında xəstəliklərə qarşı immunitet sisteminin gücləndirilməsində faydalıdır.
“Xırnik qurusu bir çox xəstəliklər, o cümlədən yüksək təzyiq, şəkərli diabet və ürək xəstəlikləri üçün faydalıdır”, - deyə o bildirib.
“Qurudulmuş xırnik yetişmiş xırniyin günəşin altında qurudulması ilə əldə edilir. Bəzən buna çox üstünlük verilməsə də, istifadə olunması zəruri olan meyvədir. Cənnət xurması payız mövsümünün ən sevilən meyvələrindən biridir. Minerallar, antioksidantlar və lif baxımından zəngindir. Tərkibində yağ olmadığı üçün eyni zamanda sağlam və təbii karbohidrat qaynağıdır. Təzə, qurudulmuş və ya bişmiş halda yeyilə bilən meyvədir”, - deyə Koray Özkılıç qeyd edib.
Onun sözlərinə görə, bu meyvədən, həmçinin peçenye, keks, pudinq, salat və s. üçün ləzzətli sous kimi qurudulmuş şəkildə də istifadə olunur.
Herbalist əlavə edib ki, xırniyin bir çox faydası olsa da, qədərindən çox istifadə edilməməlidir.
“Xüsusilə də şəkərli diabet xəstələri üçün tövsiyə edilən miqdardan çox istifadə olunmamalıdır”, - deyə o vurğulayıb.

Digər xəbərlər